noftservis.az

KONDİSİONER, KOMBİ VƏ MƏİŞƏT TEXNİKASI SERVİSİ

Bakıda Kondisioner, Kombi və Məişət Texnikası Təmiri

10 ildən artıq təcrübə ilə bütün marka və modellərin diaqnostikası, təmiri və quraşdırılması. Bakı və ətraf rayonlarda xidmət göstəririk.

1500+ Müştəri

10 il ərzində Bakıda ev, ofis və sənaye obyektlərinə xidmət göstərmişik.

Ev və Müəssisələr üçün Təcrübəli Təmir və Quraşdırma Xidməti

Kondisionerdən soyuducuya qədər bütün məişət texnikasının təmirini bir ünvanda görürük. Hər iş diaqnostika ilə başlayır — əvvəlcə problemi tapır, sonra qiyməti deyirik.

0 +

İl Təcrübə

Bakıda 10 ildən artıq fəaliyyət.

0 +

Məmnun Müştəri

Ev, ofis və sənaye obyektləri.

0 +

Tamamlanmış Təmir

Bütün marka və modellər üzrə.

0 %

Müştəri Məmnuniyyəti

Diaqnostikadan sonra şəffaf qiymət.

XİDMƏTLƏRİMİZ

Ev və Biznes üçün İqlim Sistemləri və Məişət Texnikası Xidmətləri

Kondisioner Təmiri

Hər markadan kondisioneri təmir edir, freon doldurur, yuyur və profilaktikasını aparırıq.

Kombi Təmiri

Kombini və istilik sistemini quraşdırır, sazlayır və yaranan nasazlıqları aradan qaldırırıq.

Paltaryuyan Təmiri

Elektron plata, motor, nasos və sensor problemlərini hər markadan paltaryuyanda həll edirik.

Soyuducu Təmiri

Kompressor, freon sistemi və elektron idarəetmədəki nasazlıqları araşdırıb təmir edirik.

Havalandırma Sistemləri

Kanal sistemlərinin quraşdırılması, ventilyator və filtr təmiri.

VRV / VRF Sistemləri

Çoxzonalı sistemlərin xarici və daxili bloklarını quraşdırır, freon xətlərini çəkib idarəetməni qururuq.

Montaj və Diaqnostika

Yeni texnikanı quraşdırır, problemi diaqnostika edir və quraşdırmadan sonra dəstək veririk.

Radiator Yuyulması

Radiator sistemlərinin kimyəvi təmizlənməsi və istilik effektivliyinin artırılması.

Plata Təmiri

Elektron platalarda mikroçip, sensor və relayləri dəyişir, dövrələri bərpa edirik.

NİYƏ NOFT SERVİS?

10 İldən Artıq Təcrübə ilə Təmir və Quraşdırma

İşə diaqnostika ilə başlayırıq: əvvəlcə problemin səbəbini tapır, görüləcək işi və qiyməti sizə deyirik. Yalnız siz razı olandan sonra təmirə keçirik.

Öz Ustalarımız

Kompressor, plata, freon kimi mürəkkəb işləri kənar adama vermirik — hamısını öz təcrübəli ustalarımız görür.

Sürətli Xidmət

Sifarişi alan kimi ustamız yola düşür və eyni gün ünvanınıza gələ bilir.

Şəffaf Qiymət

Qiyməti işə başlamazdan əvvəl deyirik. Sonradan əlavə olunan gizli ödəniş olmur.

RƏYLƏR

Müştərilərimizin Real Rəyləri

Müştərilərimiz gördüyümüz işlər barədə fikirlərini bölüşürlər. Onlardan bir neçəsini aşağıda oxuya bilərsiniz.

Kombimiz qışın ortasında söndü, soyuqda qaldıq. Zəng etdik, usta həmin gün gəldi və problemin nasosda olduğunu tapıb dəyişdi. O vaxtdan rahat işləyir.

Elçin Məmmədov Yasamal, Bakı

Kondisioner soyutmurdu, özüm də səbəbini bilmirdim. Diaqnostikadan sonra freon doldurub yudular, qiyməti də əvvəlcədən dedilər — sonradan əlavə bir qəpik də çıxmadı.

Günel Hüseynova Nəsimi, Bakı

Soyuducunun kompressoru sıradan çıxmışdı, təzəsini almağı düşünürdüm. Usta hissəni dəyişdi, işi də vaxtında bitirdi. Yeni soyuducuya pul xərcləməkdən qurtardım.

Rəşad Əliyev Nərimanov, Bakı

BAKIDA İQLİM SİSTEMLƏRİ VƏ MƏİŞƏT TEXNİKASI TƏMİRİ

Ev və Biznes üçün Sürətli və Etibarlı Təmir Xidməti

Kondisioner, kombi və digər məişət texnikasında yaranan problemləri diaqnostika edib təmir edirik. Zəng edin — ustamız eyni gün ünvanınıza gələ bilər. İstər kondisioner, istər kombi, istərsə də soyuducu olsun — problemi yerində araşdırıb həll edirik. Sifariş verin, ustamız eyni gün gəlsin.

Faq

Tez-tez Verilən Suallar

Müştərilərimizin ən çox verdiyi sualları və onların cavablarını bir yerə topladıq.

Kondisionerin diaqnostikası adətən qısa müddət alır. Freon doldurulması, yuyulması və ya kiçik təmir əksər hallarda elə həmin gün yerindəcə tamamlanır.

Yasamal, Nəsimi, Nərimanov, Səbail, Binəqədi, Xətai, Nizami və Bakının digər rayonlarına kombi ustası göndəririk. Sifarişi alan kimi ustamız yola düşür.

Bosch, Samsung, LG, Indesit, Ariston və digər bütün markalarla işləyirik. Elektron plata, motor, nasos, kompressor və freon problemlərini həll edirik.

Kondisioneri ildə bir-iki dəfə yumaq, kombini isə ildə bir dəfə yoxlatmaq kifayətdir. Vaxtında profilaktika həm avadanlığın ömrünü uzadır, həm də ciddi nasazlıqların qarşısını alır.

Bəli. Əvvəlcə diaqnostika edirik, problemi və qiyməti sizə deyirik. Yalnız siz razı olandan sonra təmirə başlayırıq — sonradan gizli ödəniş çıxmır.

Bəli, gördüyümüz işə və dəyişdirdiyimiz hissələrə zəmanət veririk. Konkret müddət işin növündən asılıdır.